BAKI, 6 iyul. TELEQRAF
Braziliya millisinin hücumçusu Neymar dünya futbolu tarixinə düşüb.
Teleqraf xəbər verir ki, 34 yaşlı futbolçu 2026-cı il dünya çempionatının 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzduqları oyunda fərqlənərək yığmadakı qollarının sayını 80-ə çatdırıb.
Bununla da Neymar milli komandada 80 qol həddinə çatan ilk futbolçu olub.
Braziliya millisinin bombardirlər siyahısında ikinci pillədə 77 qolla Pele qərarlaşıb. İlk "beşliy"i Ronaldo (62 qol), Romario (55 qol) və Ziko (48 qol) tamamlayırlar.
Qeyd edək ki, Neymarın qol vurmasına baxmayaraq, Braziliya Norveçə məğlub olaraq dünya çempionatı ilə vidalaşıb.