BAKI, 6 iyul. TELEQRAF
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında bu gün daha iki 1/8 final qarşılaşması baş tutacaq.
Teleqraf xəbər verir ki, günün ilk oyununda Portuqaliya millisi İspaniya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Günün ikinci matçında isə ABŞ yığması Belçika ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüş iyulun 7-də Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.
Hər iki qarşılaşmanın qalibi dünya çempionatının dörddəbir final mərhələsinə vəsiqə qazanacaq.