BAKI, 6 iyul. TELEQRAF

Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün ikinci yoxlama görüşünü keçirəcək.

Teleqraf xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Serbiyanın “Partizan” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

Qarşılaşma Bakı vaxtilə 20:00-da start götürəcək.

Qeyd edək ki, “ağ-qaralar” hazırlıq prosesi çərçivəsində iyulun 10-da Serbiyanın “Radniçki Niş”, iyulun 13-də isə Xorvatiyanın “Osiyek” komandaları ilə də yoxlama oyunları keçirəcək.