BAKI, 6 iyul. TELEQRAF

2026-cı il dünya çempionatında Braziliya və Norveç yığmaları arasında keçirilən 1/8 final matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu ada Norveç millisinin hücumçusu Erlinq Haland layiq görülüb.

O, komandasının 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə dubl edib.

Qeyd edək ki, Norveç Braziliyanı məğlub edərək dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib.