BAKI, 6 iyul. TELEQRAF
Norveç millisi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Braziliyanı mübarizədən kənarlaşdırıb.
Teleqraf xəbər verir ki, Stole Solbakkenin komandası 5 qat dünya çempionuna 2:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Norveç millisinin qələbəsində Erlinq Haland əsas pay sahibi olub. Ulduz hücumçu Braziliya ilə görüşdə dubl edib.
Beləliklə, o, XXI əsrdə dünya çempionatında ilk 4 oyununda qol vuran ilk avropalı futbolçu olub. Sonuncu dəfə bu göstəriciyə 1998-ci ildə italiyalı Kristian Vieri imza atmışdı.
Bundan başqa, Haaland 2026-cı il DÇ-2026-da vurduğu qolların sayını 7 çatdırdı və ABŞ, Kanada və Meksikada keçirilən DÇ-də ən çox qol vuranların siyahısında lider olan Argentina millisinin hücumçusu Lionel Messi və Fransa millisinin hücumçusu Kilian Mbappeyə çatdı .
Qeyd edək ki, Norveç 1/4 finalda Meksika - İngiltərə duelinin qalibi ilə qarşılaşacaq.