BAKI, 6 iyul. TELEQRAF

İngiltərə millisi futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Meksika yığmasını 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, Mexikoda keçirilən qarşılaşmada İngiltərənin qollarını Cud Bellinqem (36 və 38-ci dəqiqələr) və Harri Keyn (60-cı dəqiqə, penalti) vurublar. Meksika millisinin heyətində isə Xulian Kinones (42) və Raul Ximenes (69-cu dəqiqə, penalti) fərqləniblər.

Matçın 54-cü dəqiqəsində İngiltərə yığmasının müdafiəçisi Carrell Kuansa kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Moskvanın Lokomotiv Moscow klubunda çıxış edən Meksika millisinin müdafiəçisi Sezar Montes oyuna start heyətində başlayıb və fasilədə əvəzlənib.

Qeyd edək ki, əlverişsiz hava şəraiti səbəbindən görüşün başlanğıcı bir saat gecikdirilib.

Bu nəticə ilə Meksika millisi dünya çempionatını tərk edən ikinci ev sahibi komanda olub. Daha əvvəl Kanada yığması 1/8 finalda Mərakeşə 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. ABŞ millisi isə Belçikaya qarşı oyununu iyulun 7-də keçirəcək.

İngiltərə millisi ardıcıl üçüncü dəfə dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib. Komanda 2018-ci ildə turniri dördüncü pillədə başa vurub, 2022-ci ildə isə 1/4 finalda mübarizəni dayandırıb.

Dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.

***

06:31

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Meksika – İngiltərə qarşılaşması keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 69-cu dəqiqəsində Meksika hesab arasındakı fərqi yenidən azaldıb 2-3.

***

06:22

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Meksika – İngiltərə qarşılaşması keçirilir.

Teleqraf xəbər verir ki, oyunda azlıqda qalan İngiltərə millisi hesabı 3-1 edib.

***

06:07

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Meksika – İngiltərə qarşılaşması keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 54-cü dəqiqəsində hesabda 2-1 öndə olan İngiltərə millisinin oyunçusu qırmızı vərəqə alıb.

***

06:07

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Meksika – İngiltərə qarşılaşması keçirilir.

Teleqraf xəbər verir ki, oyunun ikinci hissəsinə start verilib.

***

05:50

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Meksika – İngiltərə qarşılaşması keçirilir.

Teleqraf xəbər verir ki, oyunun ilk hissəsi İngiltərənin 2-1 hesablı üstünlüyü ilə yekunlaşıb.

***

05:43

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Meksika – İngiltərə qarşılaşması keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 42-ci dəqiqəsində Meksika hesab arasındakı fərqi azaldıb 1-2.

***

05:38

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Meksika – İngiltərə qarşılaşması keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 38-cı dəqiqəsində İngiltərə millisi hesabı 2-0 edib.

***

05:36

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Meksika – İngiltərə qarşılaşması keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 36-cı dəqiqəsində İngiltərə millisi hesabı açıb.

***

05:00

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Meksika – İngiltərə qarşılaşması keçirilir.

Teleqraf xəbər verir ki, oyun Bakı vaxtı ilə 05:00-da start götürüb.

Qeyd edək ki, bu cütlüyün qalibi növbəti mərhələdə Norveç millisi ilə qarşılacaq.

***

04:09

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində keçiriləcək Meksika - İngiltərə qarşılaşmasının başlanğıc saatı dəyişdirilib.

Teleqraf xəbər verir ki, Bakı vaxtı ilə 04:00-da başlaması gözlənilən oyun 05:00-da keçiriləcəyi gözlənilir.

***

02:23

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində keçiriləcək Meksika – İngiltərə qarşılaşmasının başlanğıcı əlverişsiz hava şəraiti səbəbindən təxirə salına bilər.

Teleqraf xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Məlumata görə, oyuna bir neçə saat qalmış Mexikodakı "Astek" stadionunun yerləşdiyi ərazidə güclü tufan və ildırım müşahidə olunub. Təhlükəsizlik məqsədilə stadion əməkdaşları azarkeşlərin, jurnalistlərin və futbolçuların arenaya daxil olmasına hələlik icazə vermirlər.

Qarşılaşmanın yerli vaxtla nəzərdə tutulan qrafik üzrə keçirilməsi planlaşdırılır. Lakin tufan saat 02:30-dək səngiməzsə, oyunun startının ən azı 30 dəqiqə gecikdiriləcəyi bildirilir.

Məlumata əsasən, daha əvvəl hər iki komandaya görüşün altı saat daha erkən keçirilməsi təklif olunsa da, Meksika və İngiltərə milliləri bu variantı qəbul etməyiblər.

Qeyd edək ki, Meksika və İngiltərə yığmaları dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcəklər.