BAKI, 6 iyul. TELEQRAF
2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçirilən Braziliya - Norveç matçı başa çatıb.
Teleqraf xəbər verir ki, Norveç millisi 5 qat dünya çempionunu 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Norveçin heyətində hər iki qolu Erlinq Haland vurub. Braziliyanın yeganə qoluna isə Neymar imza atıb.
Braziliya millisi matçın 12-ci dəqiqəsində hesabı açmaq üçün yaxşı imkan əldə etsə də, Bruno Qimaraeş penaltidən yararlana bilməyib. Norveç millisinin qapıçısı Orjan Nyulan onun zərbəsini dəf edib.
Bu nəticədən sonra Braziliya Norveç üzərində qələbə həsrətini davam etdirib. Komandalar indiyə qədər 5 dəfə qarşılaşıblar və Cənubi Amerika təmsilçisi bu oyunların heç birində qalib gələ bilməyib.
Qeyd edək ki, Norveç 1/4 finalda Meksika - İngiltərə duelinin qalibi ilə qarşılaşacaq.
***
02:02
2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçirilən Braziliya - Norveç matçında üçüncü qol vurulub.
Teleqraf xəbər verir ki, Braziliya millisinin heyətində Neymar fərqi azaldıb - 2:1.
***
01:52
2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçirilən Braziliya - Norveç matçında ikinci qol vurulub.
Teleqraf xəbər verir ki, Norveçin heyətində Erlinq Haland dubla imza atıb.
***
01:42
2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçirilən Braziliya - Norveç matçında hesab açılıb
Teleqraf xəbər verir ki, Norveçin heyətində Erlinq Haland fərqlənib.
***
01:07
2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçirilən Braziliya - Norveç matçında ikinci hissə başladı.
***
00:51
2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçirilən Braziliya - Norveç matçında ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Braziliya millisi 12-ci dəqiqədə hesabı açmaq üçün yaxşı imkan əldə edib. Cənubi Amerika təmsilçisi penalti qazansa da, Bruno Qimaraeş zərbədən yararlana bilməyib.
Norveç millisinin qapıçısı Orjan Nyulan penaltini dəf edərək komandasını qoldan xilas edib.
***
00:14
Braziliya - Norveç matçında hesabı açmaq üçün real imkan boşa verilib.
Teleqraf xəbər verir ki, 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində keçirilən qarşılaşmanın 12-ci dəqiqəsində Braziliya millisi penalti qazanıb.
Topun arxasına keçən Bruno Qimaraeş 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Norveç yığmasının qapıçısı Orjan Nyulan onun zərbəsini dəf edib.
***
00:00
2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyununa start verilib.
Teleqraf xəbər verir ki, Braziliya və Norveç milliləri üz-üzə gəlir.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Meksika - İngiltərə duelinin qalibi ilə qarşılaşacaq.