BAKI, 5 iyul. TELEQRAF

Almaniyalı futbolçu Niklas Süle karyerası ilə bağlı qərar verib.

Teleqraf xəbər verir ki, 2025/2026 mövsümündən sonra “Borussiya Dortmund”dan ayrılmaq qərarına gələn təcrübəli müdafiəçi yeni komanda ilə müqavilə imzalayıb.

Süle Almaniya Regional Həvəskarlar Liqasında çıxış edən "SV Tiefenbax" klubuna keçib.

Qeyd edək ki, alman futbolçu daha əvvəl “Hoffenhaym”, “Bavariya” və “Borussiya” klublarında çıxış edib.