BAKI, 5 iyul. TELEQRAF

“Real Madrid” “Bavariya”nın futbolçusu Maykl Oliseni transfer etmək istəyir.

Teleqraf xəbər verir ki, Madrid klubu fransalı yarımmüdafiəçi üçün mümkün keçid variantlarını araşdırır.

İddiaya görə, “Real” 24 yaşlı futbolçu üçün 222 milyon avro ödəməyə hazırdır. Bonuslarla birlikdə transferin ümumi dəyəri 270 milyon avroya çata bilər.

Buna baxmayaraq, “Bavariya” Oliseni cari transfer pəncərəsində satmaq niyyətində deyil. Münhen klubu daha əvvəl futbolçunu komandada saxlamaq istədiyini bildirib.

Qeyd edək ki, Olise ötən mövsüm bütün turnirlərdə 52 oyuna çıxıb, 22 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırkı dünya çempionatında Fransa millisinin heyətində 5 matçda meydana çıxıb və 6 məhsuldar ötürmə edib.