BAKI, 5 iyul. TELEQRAF

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın Norveçlə oyunda start heyətində meydana çıxmaq ehtimalına münasibət bildirib.

Teleqraf xəbər verir ki, italiyalı mütəxəssis 1/8 final matçından əvvəl hücumçunun fiziki durumunun yaxşı olduğunu söyləyib.

“Neymar 90 dəqiqə oynaya bilər. O, Vinisius Juniorla birlikdə də meydana çıxa bilər. Düşünürəm ki, onlar birlikdə oynayacaqlar”, - deyə Ançelotti bildirib.

Qeyd edək ki, Braziliya millisi iyulun 5-də DÇ-2026-nın 1/8 final mərhələsində Norveçlə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.