BAKI, 5 iyul. TELEQRAF
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf xəbər verir ki, Ağdam klubu Macarıstanın “Ferentsvaroş” komandasından Cebrail Makreçkisi transfer edib.
Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”ın formasını geyinəcək. O, komandada 25 nömrəli forma ilə çıxış edəcək.
Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan Makreçkis peşəkar karyerası ərzində “Bonner”, Dortmund “Borussiya”sı, “Viktoriya” Berlin və Bolqarıstanın “Pirin” klublarında da oynayıb. O, 2018-ci ildə Latviyanın U-19 millisinin formasını geyinib.
Qeyd edək ki, Cebrail Makreçkis “Qarabağ”ın yay transfer pəncərəsində 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi Ağdam klubuna qoşulub.