BAKI, 5 iyul. TELEQRAF

Bu gün futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk matçında Braziliya və Norveç milliləri üz-üzə gələcək. Qarşılaşma ABŞ-ın "İst-Raterford" şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Matçdan əvvəl Braziliya millisi ilə bağlı diqqətçəkən statistika gündəmə gəlib.

“Sambaçılar” 2002-ci il dünya çempionatının finalında Almaniyanı 2:0 hesabı ilə məğlub etdikdən sonra mundialların pley-off mərhələsində Avropa təmsilçilərinə qarşı keçirdiyi bütün oyunlarda uduzub.

Braziliya bu müddətdə Fransa, Niderland, Almaniya, Belçika və Xorvatiyaya məğlub olub. Komanda Niderlandla iki dəfə - 2010 və 2014-cü illərdə qarşılaşıb və hər iki oyundan məğlub ayrılıb.