BAKI, 5 iyul. TELEQRAF

Türkiyənin "Fənərbağça" klubu yarımmüdafiəçi Mert Hakan Yandaşla bir illik yeni müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında imzalanan yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Klubun açıqlamasına əsasən, Mert Hakan Yandaş müqavilə müddətində Türkiyədə qanunla müəyyən edilmiş minimum əməkhaqqı məbləğində maaş alacaq.

Qeyd edək ki, Mert Hakan Yandaş ötən ilin dekabrında Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılmışdı. Futbolçu bu ilin aprelində məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək azadlığa buraxılmışdı.