BAKI, 5 iyul. TELEQRAF
Almaniyalı mütəxəssis Yurgen Klopp futbol üzrə Almaniya milli komandasının baş məşqçisi vəzifəsini tutmağa razılıq verib.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkədəki paylaşımında məlumat yayıb.
Məlumata görə, tərəflər arasında uzunmüddətli müqavilənin detalları hələ müzakirə olunsa da, Kloppun Almaniya millisinə rəhbərlik etməsi ilə bağlı prinsipial razılıq əldə edilib.
Qeyd edək ki, Almaniya millisinin baş məşqçisi postunu daha əvvəl Yulian Naqelsmann tərk edib.
59 yaşlı Yurgen Kloppun son iş yeri İngiltərənin "Liverpul" klubu olub. Almaniyalı mütəxəssis 2015–2024-cü illərdə komandaya rəhbərlik edib. Onun rəhbərliyi altında "Liverpul" 2019-cu ildə UEFA Çempionlar Liqasının qalibi olub, 2020-ci ildə isə 30 illik fasilədən sonra İngiltərə çempionu adını qazanıb.