BAKI, 4 iyul. TELEQRAF

DÇ-2026-nın 1/8 final mərhələsində Kanada və Mərakeş milliləri arasında keçirilən oyunun ən yaxşı futbolçusu müəyyənləşib.

Teleqraf xəbər verir ki, Mərakeş millisinin yarımmüdafiəçisi Azzedin Unahi matçın ən yaxşı oyunçusu adına layiq görülüb.

Futbolçu komandasının 3:0 hesablı qələbəsində dubl etməklə fərqlənib.

Qeyd edək ki, bu nəticədən sonra Mərakeş millisi DÇ-2026-nın 1/4 final mərhələsinə yüksəlib.