BAKI, 4 iyul. TELEQRAF
Tunis millisində baş məşqçi ayrılığı rəsmiləşib.
Teleqraf xəbər verir ki, Herve Renard yığmadakı vəzifəsini tərk etdiyini açıqlayıb.
Fransalı mütəxəssis bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
O, Tunis millisinə təyinatından təxminən iki həftə yarım sonra komandadan ayrılıb.
Renard DÇ-2026-da İsveçə 1:5 hesablı məğlubiyyətdən sonra Sabri Lyamuşini əvəzləmişdi. Lakin onun rəhbərliyi altında Tunis millisi növbəti iki oyunda da nəticə qazana bilməyib. Şimali Afrika təmsilçisi Yaponiya və Niderlanda məğlub olaraq F qrupunu sonuncu pillədə başa vurub.