BAKI, 4 iyul. TELEQRAF

DÇ-2026-nın 1/8 final mərhələsində Kanada və Mərakeş milliləri arasında keçirilən oyunda məcburi əvəzetmə baş verib.

Teleqraf xəbər verir ki, ABŞ-ın Hyuston şəhərindəki “NRG Stadium”da təşkil olunan qarşılaşmanın 22-ci dəqiqəsində Mərakeş yığması itki ilə üzləşib.

Komandanın yarımmüdafiəçisi İsmael Saybari zədə səbəbindən matçı davam etdirə bilməyib. Onun əvəzinə meydana hücumçu Sufyan Rəhimi daxil olub.

Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb.