BAKI, 4 iyul. TELEQRAF

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin ilk oyunu başa çatıb.

Teleqraf xəbər verir ki, Kanada millisi Mərakeşlə üz-üzə gəlib.

Qarşılaşma Mərakeş yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Afrika təmsilçisinin heyətində hər iki qolu İzzəddin Unahi vurub. O, 50 və 82-ci dəqiqələrdə fərqlənib. 90+8-ci dəqiqədə isə Süfyan Rahimi komandasının 3-cü qolunu vurub.

Bu nəticədən sonra Mərakeş 1/4 finala yüksəlib, Kanada isə dünya çempionatında mübarizəni dayandırıb.

23:02

***

DÇ-2026-nın 1/8 final mərhələsində Kanada və Mərakeş milliləri arasında keçirilən oyunda ikinci qol qeydə alınıb.

Teleqraf xəbər verir ki, Mərakeş yığması fərqi artırıb - 2:0.

***

22:46

DÇ-2026-nın 1/8 final mərhələsində Kanada və Mərakeş milliləri arasında keçirilən oyunda ikinci qol qeydə alınıb.

Teleqraf xəbər verir ki, Mərakeş yığması fərqi artırıb - 2:0.

***

22:14

DÇ-2026-nın 1/8 final mərhələsində Kanada və Mərakeş milliləri arasında keçirilən oyunda hesab açılıb.

Teleqraf xəbər verir ki, Mərakeş yığması hesabda önə keçib - 1:0.

***

22:09

DÇ-2026-nın 1/8 final mərhələsində Kanada və Mərakeş milliləri arasında keçirilən oyunda ikinci hissə başladı.

***

21:52

DÇ-2026-nın 1/8 final mərhələsində Kanada və Mərakeş milliləri arasında keçirilən oyunda ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, ABŞ-ın Hyuston şəhərindəki “NRG Stadium”da oynanılan qarşılaşmanın birinci hissəsində hesab açılmayıb - 0:0.

Mərakeş millisi ilk yarıda məcburi əvəzetmə edib. Komandanın yarımmüdafiəçisi İsmael Saybari zədə səbəbindən 22-ci dəqiqədə meydanı tərk edib. Onu Sufyan Rəhimi əvəzləyib.

Qeyd edək ki, görüşün qalibi DÇ-2026-nın 1/4 final mərhələsinə yüksələcək.

***

21:00

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunlarına start verilib.

Teleqraf xəbər verir ki, mərhələnin ilk qarşılaşmasında Kanada və Mərakeş milliləri üz-üzə gəlir.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Qeyd edək ki, bu cütün qalibi 1/4 final mərhələsinə yüksələcək.