BAKI, 4 iyul. TELEQRAF
"Fənərbağça" futbolçusu Mert Hakan Yandaş ilə yeni müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, 31 yaşlı futbolçu daha 1 il "sarı-lacivərdlilər"in şərəfini qoruyacaq.
Xatırladaq ki, "Fənərbağça" klubunun futbolçusu Mert Hakan Yandaş qanunsuz mərc oyunları ilə bağlı araşdırmalar çərçivəsində həbs edilsə də, aprel ayında keçirilən məhkəmə qərarı ilə sərbəst buraxılıb.