BAKI, 4 iyul. TELEQRAF
Türkiyənin “Başakşəhər” klubu Eldor Şomurodovun transferini rəsmiləşdirib.
Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi ötən mövsüm icarə əsasında heyətində çıxış edən Özbəkistan yığmasının hücumçunun müqaviləsindəki məcburi satınalma bəndindən istifadə edib.
Klub 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
“Ötən mövsüm icarə əsasında heyətimizə qatdığımız Eldor Şomurodovun müqaviləsində yer alan məcburi satınalma opsiyasından istifadə etmişik. Özbəkistan millisinin üzvünün satınalma opsiyasında yer alan iki illik müqaviləsi qüvvəyə minib”, - deyə klubun açıqlamasında bildirilib.