BAKI, 4 iyul. TELEQRAF
İtaliyanın “Yuventus” klubu almaniyalı futbolçu Leon Qoretskanı heyətinə qatmaq istəyir.
Teleqraf xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Marzio məlumat yayıb.
Məlumata görə, Turin təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparır. Tərəflər transferin maliyyə şərtlərini müzakirə edirlər.
Hazırda Qoretska azad agent statusundadır.
Qeyd edək ki, yarımmüdafiəçinin son klubu Almaniyanın “Bavariya” komandası olub. O, Münhen təmsilçisinin heyətində keçirdiyi 312 oyunda 51 qol vurub, 53 məhsuldar ötürmə edib.