BAKI, 4 iyul. TELEQRAF

İtaliyanın “Milan” klubu Xorvatiya millisinin üzvü Luka Modriçi daha bir mövsüm komandada saxlaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə La Gazzetta dello Sport nəşri məlumat yayıb.

Məlumata görə, “rossonerilər” 40 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif ediblər. Hazırda danışıqlar davam edir.

Tərəflərin yaxın günlərdə yekun qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Modriçin peşəkar karyerasını 2026-cı il dünya çempionatından sonra başa vurmağı planlaşdırdığı bildirilmişdi.