BAKI, 4 iyul. TELEQRAF
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Kolumbiya milli futbol komandası Qana milli futbol komandasını 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, Kanzas-Sitidə keçirilən görüşdə yeganə qolu 14-cü dəqiqədə Con Arias vurub.
Kolumbiya yığmasının start heyətində Rusiyanın Krasnodar komandasında çıxış edən hücumçu Con Kordoba da yer alıb. Lakin o, oyunun əvvəlində zədələndiyi üçün əvəzlənib. Onun əvəzinə 8-ci dəqiqədə meydana Luis Suares daxil olub.
Beləliklə, Kolumbiya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksələn son komanda olub.
Cənubi amerikalıların növbəti rəqibi 1/16 finalda Əlcəzairi 2:0 hesabı ilə məğlub edən İsveçrə milli futbol komandası olacaq. Qarşılaşma iyulun 7-də Vankuverdə keçiriləcək.
***
05:44
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Kolumbiya - Qana matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyunun ilk hissəsi Kolumbiya millisinin 1-0 hesablı üstünlüyü ilə yekunlaşıb.
***
05:44
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Kolumbiya - Qana matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyunun 14-cü dəqiqəsndə Kolumbiya millisi hesabı açıb.
***
05:30
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Kolumbiya - Qana matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyun Bakı vaxtı ilə 05:30-da start götürüb.
Qeyd edək ki, bu cütlüyün qalibi növbəti mərhələdə İsveçrə millisi ilə qarşılaşacaq.