BAKI, 4 iyul. TELEQRAF
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixində yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçu mundialın 1/16 final mərhələsində Kabo-Verde milli futbol komandası ilə oyunda fərqlənərək dünya çempionatlarındakı qol sayını 20-yə çatdırıb.
Beləliklə, Messi dünya çempionatları tarixində 20 qol həddini keçən ilk futbolçu olub və özünə məxsus bombardirlik rekordunu daha da yaxşılaşdırıb.
Bu qarşılaşma argentinalı ulduzun dünya çempionatlarındakı 30-cu oyunu kimi də tarixə düşüb.
Messi mundialların ən məhsuldar futbolçuları siyahısında liderliyini möhkəmləndirib. Onun ən yaxın izləyicisi Fransa millisinin hücumçusu Kilian Mbappedir. Mbappenin hesabında 18 qol var.
Qeyd edək ki, Messi 2023-cü ildən ABŞ-ın İnter Mayami komandasında çıxış edir. O, karyerası ərzində Barselona və Paris Sen-Jermen formalarını da geyinib.
Argentina millisinin kapitanı 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə mundialın gümüş medalını qazanıb. O, həmçinin iki dəfə Amerika Kubokunun qalibi olub və rekord sayda – səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb.