BAKI, 3 iyul. TELEQRAF
“Trabzonspor” Andre Onananı yenidən heyətinə qatıb.
Teleqraf xəbər verir ki, Türkiyə klubu “Mançester Yunayted”in qapıçısını 1 illik icarəyə götürdüyünü açıqlayıb.
Klubun məlumatına görə, kamerunlu qolkiper 2026/2027 mövsümünü “Trabzonspor”da keçirəcək. Keçid üçün “Mançester Yunayted”ə hər hansı məbləğ ödənilməyəcək.
Türkiyə təmsilçisi Onanaya 3,5 milyon avro maaş və 2 milyon avro imza pulu veriləcəyini bildirib.