BAKI, 3 iyul. TELEQRAF
“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Siti”nin müdafiəçisi Natan Akenin transferini açıqlayıb.
klub Niderland millisinin üzvü ilə razılıq əldə olunduğunu və müqavilə imzalandığını bildirib.
31 yaşlı müdafiəçi 2026-cı il dünya çempionatındakı çıxışından sonra istirahətə yollanacaq, daha sonra “Fənərbağça”nın Avstriyadakı təlim-məşq toplanışına qoşulacaq.
Natan Ake 2025/26 mövsümündə “Mançester Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 32 oyunda meydana çıxıb.
Qeyd edək ki, təcrübəli müdafiəçi karyerası ərzində 1 dəfə Çempionlar Liqasının, 6 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə UEFA Superkubokunun, 1 dəfə Avropa Liqasının, 1 dəfə Klublararası Dünya Kubokunun, 2 dəfə İngiltərə kubokunun, 3 dəfə Liqa kubokunun və 1 dəfə İngiltərə Superkubokunun qalibi olub.