BAKI, 3 iyul. TELEQRAF

Ekvador millisinin hücumçusu Enner Valensiya yığma karyerasını başa vurub.

Teleqraf xəbər verir ki, 36 yaşlı futbolçu bu qərarını Ekvadorun 2026-cı il dünya çempionatında mübarizəni dayandırmasından sonra açıqlayıb.

Ekvador pley-off mərhələsində ev sahibi Meksikaya uduzaraq turnirlə vidalaşıb.

Bu qarşılaşmadan sonra komandanın kapitanı Enner Valensiya milli komandadakı çıxışını başa vurduğunu bildirib.

Qeyd edək ki, 36 yaşlı hücumçu Ekvador millisində 109 oyun keçirib. Valensiya bu matçlarda 49 qol vurub və 15 məhsuldar ötürmə edib.