BAKI, 3 iyul. TELEQRAF

Cənubi Koreya futbolunun əfsanələrindən biri olan Park Ji-sun milli futbolun islahatı üçün yaradılan yeni komitənin həmsədri təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreya hökuməti məlumat yayıb.

Bu dəyişikliklərə Cənubi Koreya millisinin 2026-cı il dünya çempionatındakı uğursuz çıxışı səbəb olub. Komanda turnirin pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Yeni komitənin əsas vəzifələri futbolun idarəetmə sisteminin yenidən qurulması, gənclər hazırlığı sisteminin müasirləşdirilməsi və oyunun rəqabət qabiliyyətinin artırılması üçün qabaqcıl texnologiyaların tətbiqindən ibarət olacaq.

Qeyd edək ki, 45 yaşlı Park Ji-sun futbolçu karyerası ərzində İngiltərənin “Mançester Yunayted” və “Kuinz Park Reyncers”, Niderlandın PSV klublarında, eləcə də digər komandalarda çıxış edib. O, peşəkar futbolçu karyerasını 2014-cü ildə başa vurub.