BAKI, 3 iyul. TELEQRAF
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Sabah” – TNS oyunu üçün indiyədək satılan biletlərin sayı açıqlanıb.
Teleqraf xəbər verir ki, “Bank Respublika Arena” da baş tutacaq qarşılaşmaya artıq 3000 bilet satılıb.
Azarkeşlər biletləri iticket.az saytı, həmçinin “Bank Respublika Arena”nın kassaları vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, qarşılaşma iyulun 7-də saat 20:00-da başlayacaq.