BAKI, 3 iyul. TELEQRAF

FIFA dünya çempionatının 1/16 finalında Portuqaliya – Xorvatiya oyununda Xorvatiya millisinin 90+13-cü dəqiqədə vurduğu qolun niyə ləğv edildiyini izah edib.

Teleqraf xəbər verir ki, qurumun açıqlamasına görə, dünya çempionatının rəsmi topu Adidas Triondanın daxilinə yerləşdirilmiş sensor hücum zamanı topun xorvatiyalı hücumçu İqor Matanoviçə toxunduğunu qeydə alıb.

Həmin anda Mario Paşaliç oyundankənar vəziyyətdə olduğundan VAR müdaxilə edib və qol ləğv edilib.

“Adidasın "Trionda" topuna inteqrasiya olunmuş əlaqəli top texnologiyasının təqdim etdiyi məlumatlar topun Xorvatiyanın 20 nömrəli futbolçusu İqor Matanoviçə toxunduğunu təsdiqlədi. Bu məlumat hakimlər briqadasına ofsayd vəziyyətini düzgün müəyyənləşdirməyə və qolu ləğv etməyə imkan verdi” - deyə, FIFA bəyanatında bildirib:

Qurum əlavə edib ki, “Trionda” topunda yerləşdirilən IMU tipli sensorlar adi gözlə görünməyən ən xırda toxunuşları belə aşkar edir. Bu məlumatlar televiziya yayımında dalğa qrafiki şəklində nümayiş olunur və hakimlərin daha dəqiq qərar verməsinə kömək edir.

Qeyd edək ki, Toronto stadionunda keçirilən qarşılaşmada Portuqaliya Xorvatiyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.