BAKI, 3 iyul. TELEQRAF

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann DÇ-2026-da komandanın mübarizəni dayandırmasından sonra vəzifəsindən ayrılıb.

Teleqraf xəbər verir ki, bu “Sky Sport” məlumat yayıb.

Almaniya Futbol Federasiyasının (DFB) prezidenti Bernd Noyendorf, Andreas Rettig, Rudi Völler, Hans-Yoaxim Vatske və Yulian Naqelsmannın iştirakı ilə cümə axşamı Frankfurtda təxminən üç saat yarım davam edən qiymətləndirmə toplantısı keçirilib. İstefa vermədiyi təqdirdə müqaviləsinə xitam verilməsi gözlənilən Naqelsmann məhz bu görüşdən sonra vəzifəsindən ayrıldığını federasiyaya bildirib.

Bununla da 2023-cü ildən Almaniya millisində çalışan 38 yaşlı mütəxəssisin yığmadakı fəaliyyəti başa çatıb. Almaniya Futbol Federasiyasının yaxın vaxtlarda Naqelsmannın istefası ilə bağlı rəsmi açıqlama yayacağı gözlənilir.

Onun gedişindən sonra yığmanın baş məşqçi postuna əsas namizəd kimi Yurgen Kloppun adı çəkilir.

Qeyd edək ki, Naqelsmann 2023-cü ildən rəhbərlik etdiyi Almaniya millisi ilə keçirdiyi 38 oyunda 23 qələbə, 6 heç-heçə və 8 məğlubiyyət əldə edib.