BAKI, 3 iyul. TELEQRAF

İsveçrə millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Əlcəzair yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, Kanadanın Vankuver şəhərində keçirilən qarşılaşma İsveçrə millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları 10-cu dəqiqədə Bril Embolo və 46-cı dəqiqədə Dan Ndoye vurublar.

Bununla da İsveçrə yığması ardıcıl dördüncü dəfə dünya çempionatının 1/8 final mərhələsində çıxış etmək hüququ qazanıb. Lakin əvvəlki mundiallarda pley-off mərhələsi məhz 1/8 finaldan başladığı üçün komanda bu raundu keçə bilməmişdi.

İsveçrə millisi dünya çempionatlarının pley-off mərhələsində bundan əvvəl cəmi iki dəfə qələbə qazanıb. Bu uğurlar 1934 və 1938-ci illərdə qeydə alınıb. Həmin turnirlərdə komanda 1/4 finala qədər irəliləməyi bacarmışdı.

İsveçrə yığması 1/8 finalda Kolumbiya - Qana cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunu iyulun 7-də keçiriləcək.

Əlcəzair millisi isə mundialın 1/16 finalında mübarizəni dayandıran beşinci Afrika təmsilçisi olub. Daha əvvəl CAR, Seneqal, Kot-d'İvuar və Konqo Demokratik Respublikası da turnirlə vidalaşıb. Afrika komandaları arasında indiyədək yalnız Mərakeş millisi 1/8 finala yüksələ bilib.

***

08:07

Dünya çempionatının 1/16 final mərhələsində İsveçrə - Əlcəzair matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 46-cı dəqiqəsində İsveçrə hesabı 2-0 edib.

***

07:50

Dünya çempionatının 1/16 final mərhələsində İsveçrə - Əlcəzair matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun ilk hissəsi İsveçrənin 1-0 hesablı üstünlüyü ilə yekunlaşıb.

***

07:12

Dünya çempionatının 1/16 final mərhələsində İsveçrə - Əlcəzair matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 11-ci dəqiqəsində İsveçrə millisi hesabı açıb.

***

07:00

Dünya çempionatının 1/16 final mərhələsində İsveçrə - Əlcəzair matçı başlayıb.

Teleqraf xəbər verir ki, görüş Bakı vaxtilə 07:00-da start götürüb.