BAKI, 3 iyul. TELEQRAF

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünya çempionatlarının pley-off mərhələsində meydana çıxan ən yaşlı futbolçu olub.

Teleqraf xəbər verir ki, təcrübəli hücumçu dünya çempionatının 1/16 final mərhələsində Xorvatiya millisinə qarşı oyunda start heyətində meydana çıxıb.

Ronaldo matç zamanı 41 yaş 147 günlük olub və bununla da mundialların pley-off mərhələsində iştirak edən ən yaşlı futbolçu kimi tarixə düşüb.

Əvvəlki rekord İngiltərə millisinin sabiq qapıçısı Piter Şiltona məxsus idi. O, 1990-cı il dünya çempionatında üçüncü yer uğrunda oyunda meydana çıxarkən 40 yaş 292 günlük olub.