BAKI, 3 iyul. TELEQRAF

Portuqaliya millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Xorvatiya yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, Kanadanın Toronto şəhərində keçirilən görüş Portuqaliya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Kriştianu Ronaldu 68-ci dəqiqədə penaltidən və Qonsalu Ramuş 90+4-cü dəqiqədə vurublar. Xorvatiya millisinin yeganə qoluna isə İvan Perişiç 53-cü dəqiqədə imza atıb.

Bu qol Kriştianu Ronaldunun dünya çempionatlarının pley-off mərhələlərində vurduğu ilk qol kimi tarixə düşüb.

Start heyətində meydana çıxan portuqaliyalı hücumçu 81-ci dəqiqədə əvəzlənib. O, mundiallarda keçirdiyi oyunların sayını 26-ya çatdıraraq almaniyalı Lotar Matteusu geridə qoyub və bu göstəricidə ikinci pilləyə yüksəlib. Rekord isə 29 oyunla argentinalı Lionel Messiyə məxsusdur.

Bundan əlavə, 41 yaş 147 günlük Ronaldu dünya çempionatlarının pley-off mərhələsində meydana çıxan ən yaşlı futbolçu rekordunu da yeniləyib.

Portuqaliya millisi 1/8 finalda Avstriyanı 3:0 hesabı ilə məğlub edən İspaniya yığması ilə qarşılaşacaq. Oyun iyulun 6-da ABŞ-nin Texas ştatının Arlinqton şəhərində keçiriləcək.

***

04:54

Dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya - Xorvatiya matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun sonuna əlavə edilmiş dəqiqələrdə Portuqaliya millisi hesabda önə keçib 2-1.

***

04:27

Dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya - Xorvatiya matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 68-ci dəqiqəsində Portuqaliya millisi hesabı bərabərləşdirib 1-1.

***

04:14

Dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya - Xorvatiya matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun 53-cü dəqiqəsində Xorvatiya millisi hesabı açıb.

***

04:05

Dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya - Xorvatiya matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun ikinci hissəsi başlayıb.

***

03:50

Dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya - Xorvatiya matçı keçirilir.

Teleqraf xəbər verir ki, oyunun ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb.

***

03:00

Dünya çempionatının 1/16 final mərhələsində Portuqaliya - Xorvatiya matçı başlayıb.

Teleqraf xəbər verir ki, görüş Bakı vaxtilə 03:00-da start götürüb.

Qeyd edək ki, bu cütlüyün qalibi növbəti mərhələdə İspaniya millisi ilə qarşılaşacaq.