BAKI, 3 iyul. TELEQRAF

İspaniya millisinin və “Atletik” (Bilbao) klubunun qapıçısı Unay Simon dünya çempionatının rekorduna imza atıb.

Teleqraf xəbər verir ki, bu, DÇ-2026-nın 1/16 final mərhələsində İspaniyanın Avstriya üzərində 3:0 hesablı qələbəsindən sonra qeydə alınıb.

29 yaşlı qolkiper mundialda qol buraxmadan keçirdiyi dəqiqələrin sayını 519-a çatdırıb.

Bununla Simon dünya çempionatları tarixində ən uzun “quru seriya” rekordunu yeniləyib. O, 517 dəqiqəlik göstərici ilə rekorda sahib olan İtaliya millisinin sabiq qapıçısı Valter Zenqanı geridə qoyub.