BAKI, 3 iyul. TELEQRAF
İspaniya millisinin DÇ-2026-nın 1/16 final mərhələsində Avstriya ilə keçirdiyi oyun tarixə düşüb.
Teleqraf xəbər verir ki, ispanlar Avstriyanı 3:0 hesabı ilə məğlub edərək 2010-cu ildən bəri ilk dəfə dünya çempionatının pley-off mərhələsində qələbə qazanıblar.
İspaniya yığması 2014-cü il dünya çempionatında qrup mərhələsini adlaya bilməmişdi. Komanda 2018-ci ildə 1/8 finalda Rusiyaya, 2022-ci ildə isə eyni mərhələdə Mərakeşə uduzaraq mübarizəni dayandırmışdı.
Luis de la Fuentenin rəhbərlik etdiyi kollektiv 1/8 finalda Portuqaliya – Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq. Görüş iyulun 6-da keçiriləcək.
Qeyd edək ki, İspaniya millisi tarixində yeganə dünya çempionluğunu 2010-cu ildə qazanıb.