BAKI, 3 iyul. TELEQRAF
İspaniya millisinin futbolçuları Lamin Yamal və Paul Kubarsi dünya çempionatında yenu rekorda imza atıblar
Teleqraf “Opta”ya istinadən xəbər verir ki, buna DÇ-2026-nın 1/16 final mərhələsində Avstriya ilə keçirilən oyunda (3:0) nail olunub.
İspaniya millisinin futbolçuları Lamin Yamal (18 yaş) və Pau Kubarsi (19 yaş) son 68 ildə dünya çempionatının pley-off mərhələsində eyni komandanın start heyətində meydana çıxan ilk yeniyetmə cütlük olublar.
Bundan əvvəl buna sonuncu dəfə 1958-ci il dünya çempionatının 1/4 finalında Uelslə qarşılaşmada Braziliya millisinin heyətində meydana çıxan Pele və Joze Altafini nail olmuşdular.