BAKI, 2 iyul. TELEQRAF
Fransa millisinin hücumçusu və kapitanı Kilian Mbappe komanda yoldaşı Maykl Oliseni İspaniyanın “Real Madrid” klubuna keçməyə razı salmağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.
Mənbənin iddiasına görə, Mbappe “Real”da Olise ilə hücum tandemi yaratmaq istəyir. Bildirilir ki, 2026-cı il dünya çempionatından dərhal sonra 24 yaşlı hücumçu gələcəyini müzakirə etmək üçün hazırkı klubu Almaniya təmsilçisi “Bavariya” rəhbərliyi ilə görüşəcək.
Qeyd edək ki, Olise ötən mövsüm “Bavariya”nın heyətində 52 oyunda meydana çıxıb, 22 qol vurub və 31 məhsuldar ötürmə verib. Transfermarkt portalı onun transfer dəyərini 150 milyon avro qiymətləndirir.
Fransa millisi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində iyulun 5-nə keçən gecə Paraqvay yığması ilə qarşılaşacaq.