BAKI, 2 iyul. TELEQRAF

Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Rumıniyanın “ÇFR Kluj” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma “Neftçi”nin 2:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “ağ-qaralar” hazırlıq prosesi çərçivəsində iyulun 6-da Serbiyanın “Partizan”, iyulun 10-da Serbiyanın “Radniçki Niş”, iyulun 13-də isə Xorvatiyanın “Osiyek” komandaları ilə də yoxlama oyunları keçirəcək.