BAKI, 2 iyul. TELEQRAF

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Ukrayna təmsilçisi “Polissya” ilə üz-üzə gəlib.

Qarşılaşma “Sabah”ın 4:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Sabah” təlim-məşq toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama oyunlarında Macarıstanın “Ferentsvaroş” və Rumıniyanın “Universitatya Krayova” komandaları ilə 1:1 hesablı heç-heçə edib.