BAKI, 2 iyul. TELEQRAF

"Şəfa" növbəti transferini reallaşdırıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb.

26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Draqu son olaraq "Unirea" klubunda çıxış edib.

Qeyd edək ki, futbolçu karyerası ərzində isə "Vitorul", "Botoşani" və "Universitatea" kimi komandaların formasını geyinib.