BAKI, 2 iyul. TELEQRAF

İngiltərənin “Tottenhem” klubu “Nyukasl”ın futbolçusu Sandro Tonalinin transferi ilə bağlı razılıq əldə edib.

Teleqraf "Sky Sports"a istinadən xəbər verir ki, “Tottenhem” İtaliya millisinin üzvünün keçidi üçün “Nyukasl”la bütün şərtləri razılaşdırıb.

Məlumata görə, transferin dəyəri 117 milyon avro (təxminən 137 milyon dollar) olacaq.

Tonali 2023-cü ilin yayında İtaliyanın “Milan” klubundan 70 milyon avro qarşılığında “Nyukasl”a transfer olunmuşdu. O, qısa müddətdə komandanın əsas yarımmüdafiəçilərindən birinə çevrilib.

Qeyd edək ki, italiyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 53 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.