BAKI, 2 iyul. TELEQRAF
“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə təyinat baş tutub.
Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, bu vəzifəni Adil Şükürov icra edəcək.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” kimi klublarda baş məşqçi vəzifəsində çalışıb.
Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib.