BAKI, 2 iyul. TELEQRAF

Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununu keçirəcək.

Teleqraf xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Rumıniyanın “ÇFR Kluj” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “ağ-qaralar” hazırlıq prosesi çərçivəsində iyulun 6-da Serbiyanın “Partizan”, iyulun 10-da Serbiyanın “Radniçki Niş”, iyulun 13-də isə Xorvatiyanın “Osiyek” komandaları ilə də yoxlama oyunları keçirəcək.