BAKI, 2 iyul. TELEQRAF

İspaniya təmsilçisi “Real Madrid” Fransa millisinin üzvü Eduardo Kamavinqanı satışa çıxarıb.

Teleqraf “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu 22 yaşlı yarımmüdafiəçini İngiltərə təmsilçisi “Mançester Siti”yə təklif edib.

Məlumata görə, baş məşqçi Joze Mourinyo heyətə yeni mərkəz yarımmüdafiəçisi cəlb etmək istəyir. Həmçinin, “Mançester Siti” də yarımmüdafiə xəttini gücləndirmək üçün transferdə maraqlıdır.

Qeyd edək ki, Kamavinqa ötən mövsüm bütün turnirlərdə 41 oyunda iştirak edib və 2 qol vurub.