BAKI, 2 iyul. TELEQRAF

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Ukrayna təmsilçisi “Polissya” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sabah” təlim-məşq toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama oyunlarında Macarıstanın “Ferentsvaroş” və Rumıniyanın “Universitatya Krayova” komandaları ilə 1:1 hesablı heç-heçə edib.