BAKI, 2 iyul. TELEQRAF
ABŞ millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Bosniya və Herseqovina yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, Kaliforniya ştatının Santa-Klara şəhərində keçirilən qarşılaşma ABŞ komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 45-ci dəqiqədə Folarin Baloqun açıb. ABŞ millisinin ikinci qolunu isə 82-ci dəqiqədə Malik Tillman vurub.
Baloqun matçın 64-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Baş hakim Rafael Klaus qərarı verməzdən əvvəl VAR sisteminə müraciət edib.
Bununla da Baloqun dünya çempionatlarının pley-off mərhələsində həm qol vuran, həm də qırmızı vərəqə alan dördüncü futbolçu olub. Ondan əvvəl bu göstəriciyə Qarrinça, Ronaldinyo və Zinəddin Zidan nail olublar.
ABŞ millisi son 24 ildə ilk dəfə dünya çempionatında pley-offun ilk mərhələsini adlamağa müvəffəq olub.
Bosniya və Herseqovina yığması isə tarixində ikinci dəfə dünya çempionatında iştirak edib və ilk dəfə pley-offa yüksəlib.
ABŞ millisi 1/8 finalda əlavə vaxtda Seneqalı 3:2 hesabı ilə məğlub edən Belçika yığması ilə qarşılaşacaq.
***
05:49
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində ABŞ - Bosniya və Herseqovina matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyun 83-cü dəqiqəsində ABŞ millisi hesabı 2-0 edib.
***
05:39
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində ABŞ - Bosniya və Herseqovina matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyun ABŞ millisinin 1-0 hesablı üstünlüyü ilə davam edir.
Matçın 64-cü dəqiqəsində ABŞ millisinin üzvü Baloqun qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, oyundakı yeganə qolun müəllifi də Baloqan idi.
***
04:57
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində ABŞ - Bosniya və Herseqovina matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyun ilk hissəsi ABŞ millisinin 1-0 hesablı üstünlüyü ilə yekunlaşıb.
***
04:46
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində ABŞ - Bosniya və Herseqovina matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyun 45-ci dəqiqəsində ABŞ millisi hesabı açıb.
***
04:00
Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində ABŞ - Bosniya və Herseqovina matçı keçirilir.
Teleqraf xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 04:00-da start götürüb.
Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə Belçika ilə qarşılaşacaq.