BAKI, 1 iyul. TELEQRAF

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Teleqraf xəbər verir ki, bölgə təmsilçisi “Qəbələ” klubundan Okan Təhməzlini transfer edib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi növbəti iki mövsümü "Şamaxı"da keçirəcək.

Xatırladaq ki, "Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax") Uğur Cahangirov ("Karvan-Yevlax") və Ceyhun Bağırzadəni ("Qəbələ-2") kluba cəlb edib.