BAKI, 1 iyul. TELEQRAF

Futbol üzrə dünya çempionatında İngiltərə və Konqo Demokratik Respublikası yığmaları arasında keçirilən 1/16 final mərhələsi matçının ən yaxşı oyunçusu bəlli olub.

Teleqraf xəbər verir ki, ingilislərin heyətində Harri Keyn görüşün ən yaxşısı adına layiq görülüb.

Qeyd edək ki, hücumçu sözügedən matçda (2:1) komandasına qələbə qazandıran 2 qolun müəllifi olub.