BAKI, 1 iyul. TELEQRAF
Futbol üzrə dünya çempionatında İngiltərə Konqo Demokratik Respublikası millisinə qalib gəlib.
Teleqraf xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər.
Görüşdə hesabı Konqo açıb. 7-ci dəqiqədə Brian Sipenqa dəqiq zərbə müəllifi olub. İkinci 75 və 86-cı dəqiqədələrdə Harri Keynin vurduğu qollar sayəsində İngiltərə önə keçib.
İngiltərə seçməsi 1/8 finalda Meksika ilə qarşılaşacaq.
***
21:51
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyununda avropalılar önə çıxıblar.
Teleqraf xəbər verir ki, 86-cı dəqiqədə Harri Keyn özünün və komandasının ikinci qolunu rəqibin qapısından keçirə bilib.
***
21:39
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyununda ikinci qol vurulub.
Teleqraf xəbr verir ki, İngiltərə millisinin oyunçusu Harri Keyn 75-ci dəqiqədə bərabərlik qolu vurub.
***
21:10
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyununda ikinci hissə başlayıb.
***
20:52
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyununda ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, Konqo millisi fasiləyə üstün yollanıb.
***
20:11
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, 7-ci dəqiqədə Brian Sipenqa Konqo millisini önə çıxarıb.
***
20:00
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyunu başlayıb.
Teleqraf xəbər verir ki, 1/16 final mərhələsinin matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı iordaniyalı FIFA referisi Adham Mahadmeh idarə edir.